7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.
Beynəlxalq Olimpiadada məktəbimizi təmsil edən 11c sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanmışdır. Rüstəm Təhməzov 2019-2020- ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasında X siniflər üzrə riyaziyyat olimpiadasında ikinci yeri qazanmışdı.