Korona virusa qarşı mübarizə
Korona virusun qarşısının alınması məqsədilə məktəbimizdə tibbi- profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
Belə ki, 29 fevral - 2 mart tarixlərində məktəbimizin həkim və tibb bacıları valideynlər və şagirdlər arasında COVİD-19 və digər yoluxucu xəstəliklərə yoluxmamaq üçün zəruri iclaslar keçirmiş, məktəbin bir çox yerlərinə plakatlar asmışdır. Bundan başqa Təhsil Nazirliyinin göstərişinə əsasən, məktəbimizin inzibati məşğələ otaqları, idman zalı,yeməkxanaları,sanitar qovsaqları və digər yerlər dezinfeksiya olunmuşdur.