Velosiped idman yarışıMəktəbimizin bir qrup şagirdi Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Təhsil" respublika idman mərkəzinin birgə təşkil etdiyi Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsində 1-ci yerə layiq görüldüyünə görə diplomlarla təltif olunublar.
"Mini futbol" üzrə turnirMəktəbimizin bir qrup şagirdi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 -ci ildönümünə həsr olunmuş "Mini futbol" üzrə rayon tam orta məktəb şagirdlərindən ibarət komandalar arasında turnirdə 2 - ci yerə layiq görüldüyünə görə diplomlarla təltif olunublar
İnşa müsabiqəsiMəktəbimizin 8"E" sinif şagirdi Qasımova Fatimə Elşən qızı Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə "AZƏRPOÇT" MMC tərəfindən 2018 - ci ildə keçirilən inşa müsabiqəsində fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.