İstedad olimpiadasıMəktəbimizin 7"E" sinif şagirdi Novruzova Ceyran Kamal qızı "Təhsildə inkişaf və innovasiyalar üzrə 2 - ci qrant müsabiqə" sinin qalibi olmuş "Gənc olimpiadaçılar qrupunun yaradılması" layihəsi çərçivəsində keçirilən "İstedad olimpiadası" nda 3 - cü yerə layiq görüldüyü üçün diplomla təltif olunub.
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsiMəktəbimizin 7 "D" sinif şagirdi Yusuvova İlahə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsində fərqləndiyinə görə diplomla təltif olunub.
Şahmat yarışıMəktəbimizin 6 "Q" sinif şagirdi Əliyeva Leyli "Şah klub" Şahmat klubunun keçirdiyi "31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik Günu" nə həsr olunmuş 2 - ci dərəcə təsnifat yarışında birinci yer tutduğuna görə diplomla təltif olunub.