Pedoqoji şura iclası keçirildi

12 sentyabr 2025-ci il tarixində məktəbdə 2025/2026-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. Pedaqoji şuraya sədrlik edən məktəbin direktoru Gültəkin Rüstəmova müəllimləri salamladı və yeni tədris ilinin başlanması münasibətilə onları təbrik etdi. Məktəbə yeni təyinat alan müəllimlər kollektivə təqdim edildi. Daha sonra direktor müavinləri və müəllimlərlə fikir mübadiləsi aparıldı.