Məktəbdə ibtidai sinif valideynlərilə silsilə valideyn iclasları keçirilir

Məktəbdə ibtidai sinif valideynlərilə silsilə valideyn iclasları keçirilir. İclasda məktəbin direktoru G. Rüstəmov, təlim-tərbiyə işləri üzrə direktor müavini Ş. Abasova, təlim-tərbiyə işləri üzrə direktor müavini N. Abbasxanova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, ibtidai sinif müəllimləri və valideynlər iştirak etdi. İclasda çıxış edən məktəbin direktoru G. Rüstəmova təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində valideynin rolunun vacibliyindən danışdı, eyni zamanda ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu, valideynlərin müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri qeyd etdi. Həmçinin iclasda şagirdlərin dərsə davamiyyəti, onların tərbiyəsi, məktəbə, müəllimlərə qarşı münasibətləri, valideyn-məktəb əlaqələrinin qurulmasının zəruriliyi kimi məsələləri işıqlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi