Şagirdimiz qalib oldu.

  Bakı şəhəri İcra Hakimiyyətinin təşkilatçılıgı ilə "Heydər Əliyev İli" çərçivəsində"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda referat yazı müsabiqəsinə yenidən start verildi.Nəsimi rayon məktəbləri arasında keçən müsabiqənin birinci mərhələsində seçilmiş 10 məktəbin şagirdi öz referatını aprelin 07-də keçirilmiş "Heydər Əliyev və Azərbaycan tarixi"mövzusunda elmi-praktik konfransda ən yaxşı referat olaraq təqdim etdi.Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Apatatının İctimai-siyasi,humanitar məsələlər və dini qürumlarlarla iş şöbəsinin müdiri Elmin İmanov vurguladı ki,keçirilən referat müsabiqəsinin məqsədi gənclərə tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarıgını və Ulu Öndərin zəngin irsinin gənclər tərəfindən daha dərindən mənimsəməsini aşılamaqdır.Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin şanlı səhifələrini yazacaq,daha yüksək zirvələr fəht edəcəkdir.Sonda qalib beş referat təyin olundu.Çox sevindirici haldır ki,məktəbimizin IX sinif şagirdi Fatimə Fazil qızı Salahovanın təqdim etdiyi "Sovet Rusiyasının Azərbaycana təcavüzü və AXC-nin süqutu"mövzulu referatı da qalib referatlar sırasında yer tutdu.Bu münasibətlə Fatimənı və onun elmi rəhbəri,məktəbin tarix müəllimi Xatirə Fehruzzadəni ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi