FƏXRİMİZ

Nəsirov Rövşən Qaraxan oğlu 1975-ci il yanvar ayının 20-də Bakı şəhərində anadan olmuşdur.Tale sanki onu Vətən keşikçisi kimi həm çətin, həm də çətin olduğu qədər şərəfli bir xidmətə hazırlamışdı.

Rövşən Nəsimi rayon 111 № tam orta məktəbdə  oxuduğu müddət ərzində müəllimlərin və şagirdlərin rəğbətini qazanmışdı. Müəllimlərin dediklərinə görə Rövşən dərslərini zəif oxusa da,qəlbində Vətən,torpaq sevgisi güclü idi. O, əsl vətənpərvər bir şagird idi. Orta məktəbi bitirər –bitirməz  hərbi xidmətə,yəni Qarabağ savaşına yollandı. Könüllü olaraq cəbhəyə gedən Rövşən ilk günlərdən ermənilərin qəniminə çevrildi. 19 sentyabr 1994-cü ildə Ağdərə rayonunun Murovdağ ətəyində gedən döyüşlərin birində igid və qorxmaz Rövşən  Nəsirov qəhrəmancasına həlak olmuşdur. Vətən oğlu doğma torpaq,müqəddəs yurd uğrunda  canını qurban verdi, şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdu.

1995-ci ildə təhsil aldığı 111№ tam orta məktəbə şəhid Rövşən Nəsirovun adı verilmişdir. Məktəbin həyətində  onun abidəsi ucalır. Məktəbdə təhsil alan hər bir şagird bu abidə qarşısında böyük qürur hissi keçirir,şəhidlərimizin ölməzliyi  hər kəsə fəxarət hissi yaşadır.      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi