HAQQIMIZDA

Bakı şəhəri Nəsimi rayon 111 nömrəli tam orta məktəbin binası 1966-cı ildə inşa edilmişdir. Hal-hazırda məktəb məktəbin məzunu, şəhid Rövşən Nəsirovun adını daşıyır. 2008-ci ildə 10 sinif otağından ibarət yeni tədris korpusu inşa edilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir edilmişdir. Məktəbdə 45 sinif otağı, 5 fənn kabineti, 3 laboratoriya, akt zalı, idman zalı, bufet, kitabxana mövcuddur. Eyni zamanda, məktəb sürətli internet şəbəkəsi ilə təchiz olunmuşdur. 2010-cu ildən etibarən məktəb şahmat dərsləri keçirilən pilot məktəblər layihəsinin iştirakçılarındandır. 2017/2018-ci tədris ilindən məktəbdə təmayüllü  siniflər fəaliyyət göstərir.2018/2019-cu tədris ilindən məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi tədbiq olunub. Məktəbin pedaqoji kollektivi 96 nəfərdən ibarətdir. 3 müəllim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" elan edilmişdir. 2023/2024-ci dərs ilində məktəbdə 43 sinif üzrə 1375 şagird təhsil alır.  65 uşaq olmaqla 3(üç) məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır, xarici dil kimi ingilis, rus və fransız dilləri tədris olunur. Məktəbdə günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəb 5 günlük iş rejimi ilə işləyir. Məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır. Məktəbdə keçirilən məktəbdaxili və sinifdənxaric tədbirlər, müsabiqə və yarışlar şagirdlərimizin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi