Məktəbdə "Ədəbiyyat günü" keçirildi.

    05 may tarixində məktəbin V"b" sinif şagirdlərinin iştirakı və Azərbaycan dili və ədəbiyyat müəllimi Şirin Bayraməliyevanın rəhbərliyi ilə gözəl bir təqdimat dərs-"Ədəbiyyat günü" dərsi keçirildi. İlk öncə bu təqdimat haqqında məlumat verən Şirin müəllimə bildirdi ki, şagirdlərin təqdim edəcəyi bütün mövzular və canlandıracaqları obrazlar onların mütaliəyə və ədəbiyyatımıza olan sevgisindən irəli gəlir.Səhnəciklərin hazırlanmasında interaktiv üsul olan rollu oyunlardan istifadə olundu.Rollu oyun şagirdlərdə XXI əsr bacarıqları olan ünsiyyət və əməkdaşlıgı inkişaf etdirir.Eyni zamanda şagirdlərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirir.

Tədbirdə Şuşanın gözü olan Xarıbülbülə həsr olunmuş "Xarıbülbül" səhnəciyi,S.Vurgunun "Vaqif " dramından Vaqif və Qacarın dialoqu,S.S.Axundovun "Qaraca qız" hekayəsindən bir parça,N.Gəncəvinin"Kərpickəsən kişinin dastanı" və s.əsərlər şagirdlərin ifasında təqdim olundu. Milli musiqimizi əks etdirən musiqi nömrələri isə hər kəsdə xoş əhvali-ruhiyyə yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi