Yaşıl dünya naminə həmrəylik İli çərçivəsində "Bizim yaşıl dünyamız" adlı tədbir keçirildi.

   Bu gün məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində "Yaşıl dünya naminə həmrəylik İli!" çərçivəsində "Bizim yaşıl dünyamız adlı!" tədbir keçirildi.Tədbirdə Nəsimi rayon İcra Başçısının birinci müavini Gülarə Verdiyeva,məktəb direktorları,valideynlər,müəllim və şagird heyəti iştirak etdi. Ulu Öndərin Azərbaycanın təbiətinə qaygısı bir övladın anasına göstərdiyi qaygı qədər səmimi,təmənnasız olmuşdur.Tədbir Ulu Öndərin bu fikirləri ifadə etdiyi təqdimatla başlandı.Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlıgı ugrunda canını qurban vermiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Tədbir boyunca ecaskar təbiətimiz tərənnüm edildi. Şagirdlər təbiətimiz qorunmasına həsr edilmiş səhnə işini böyük məharətlə qonaqlara çatdırdılar,bu ruhda musiqi nömrələri təqdim olundu.Xarıbülbülün gəlişi səhnə işinin kulminasiyası oldu.Zəfər,Qələbə,Birlik,Xoşbəxtlik deyən iştirakçılar gözəl və səmimi bir sonluqla tədbiri bitirdilər.Sonda , iştirakçıların coşqu ilə təqdim etdiyi bu gözəllikləri yüksək dəyərləndirən Gülarə xanım onlara bu əhvali-ruhiyyəni bəxş etdikləri üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi