"Yallı, güc,harmoniya və birlik simvolu" adlı dinləmə və müzakirə tədbiri keçirildi.

  25 aprel 2024-cü il tarixində Respublika-Uşaq Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Respublika səviyyəli "Yallı,güc,harmoniya və birlik simvolu" adlı məktəblilər üçün "Akvarium" formatında ictimai dinləmə və müzakirə tədbiri keçirildi.Hibrit formatda təşkil olunmuş, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Yallıya həsr olunmuş tədbirdə komanda şəklində iştirak edən məktəbimizin Gənc turist dərnəyinin rəhbəri Səmayə Əliyevanın dərnək üzvləri, 5 b sinif şagirdləri Qurban Ahucan,Xudaverdizadə Zeynəb,4b sinif şagirdləri Nəcəfli Toğrul,Eyvazlı Rəhman "Rəqs fəlsəfəsi" nominasiyası üzrə birincilik əldə edərək diplomla,5 b sinif şagirdi Quluzadə Günel isə "Rəqs tarixinin tədqiqi və ənənələrinin qorunması" nominasiyası üzrə sertifikatla təltif olundular.Qeyd edək ki, 5 nominasiya üzrə keçirilən tədbirdə finala vəsiqə qazanan 34 nəfər arasından seçilən 15 qalibdən biri olan şagirdlərimiz Yallı haqqında təqdimatları,"Qaladan qalaya"adlı Naxçıvan yallısı rəqsi və əl işləri, "Güc və birliyimiz-Qobustan qayalarında " adlı rəsm işi ilə münsiflər heyəti tərəfindən bəyənilərək yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi