"Tullantıdan İncəsənətə" mövzusunda sərgi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində iyun ayı “Tullantıdan incəsənətə” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. Elə bu məqsədlə, 8 iyun tarixində məktəbdə “Tullantıdan İncəsənətə” mövzusu üzrə sərgi təşkil olundu. Sərgidə VI-VII sinif şagirdlərinin düzəltdiyi əl işləri nümayiş etdirildi. Bu sərgini texnologiya müəllimləri Osmanova Rəfiqə, Məsimova Könül təşkil etmişdilər. Sərgidə plastik şirə qabları, köhnə disklər, karton qutulardan, balıqqulağından, parça qırıntılarından istifadə olunmuşdur. Parçanın üzərində muncuqla, noxudla, fındıqla mozaikadan ibarət əl işləri var idi. Parça qırıntılarından tutqacın hazırlanması, toxunmadan ibarət əl işləri göstərildi. Bu sərgi məktəbimizin müəllim və şagirdlərinin marağına səbəb oldu. Beləliklə, “Ekologiya və sağlamlıq” ilinə yekun vuruldu.Yanvar ayından başlayaraq məktəbimizin şagird və müəllimləri bu tədbirlərdə fəal iştirak etmişlər. Bu layihə çərçivəsində şagirdlərdə ekoloji tərbiyə, ekoloji dünyagörüşü formalaşdı. Mütamadi olaraq məktəbyanı ərazidə, dəniz sahilində iməcilik keçirildi, ekskursiyalar təşkil olundu, “Açıq dərs”lər, təqdimatlar, bilik, idman yarışları keçirilmişdi.Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayının sonunda elan olunmuş “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyası üzrə qalib məktəblər sırasında məktəbimiz III yerə layiq görülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi