Beynəlxalq Ana Dili GünüBu gün fevralın 21-i Beynəlxalq Ana Dili Günü münasibəti ilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin dil ədəbiyyat müəllimləri, şagirdlər iştirak edirdilər. Tədbirdə müəllimlər ana dilimizin dünya dilləri içərisində yeri, onun zənginliyi haqqında məlumat verdilər. Ana dilimizin saflığının qorunmasının vacib məsələ olduğunu vurğuladılar. Sonra şagirdlərin hazırladıqları bədii kompozisiya təqdim olundu.
Ətraflı
Məktəbimizdə “Kiçik Akademiya yaradıldı27 fevral 2019 – cu il tarixində 17 №li əmrlə məktəbimizdə “Kiçik Akademiya”nın yaradılması ilə bağlı ilk iclas təşkil olundu. Təşkil olunan ilk iclasda “Kiçik Akademiyanın bölmələri və üzvləri müəyyən edildi. “Kiçik Akademiya” daxilində fəaliyyət göstərən bölmələrə humanitar, təbiət, fizika-riyaziyyat, sosial iqtisadi bölmələr daxildir.
“Kiçik Akademiya"nın yaradılmasında məqsəd şagirdlərin müxtəlif elm sahələrinə olan maraqlarını artırmaq, müxtəlif intellektual yarışlar keçirmək, zavod və fabriklərə ekskursiyalarını təşkil etmək, alimlərlə görüşlər keçirmək, kiçik təcrübələrini məktəblilərə nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Ətraflı