Kiçik Akademiyanın üzvilərinin ekskursiyası

   Mayın 22-si  Kiçik Akademiyanın üzvləri və bölmə rəhbərləri fəxri xiyabanda ekskursiyada oldular.  Onlar Lütfi Zadənin 100  illiyi ilə əlaqədar olaraq, fəxri xiyabanda  onu ziyarət etdilər. Onun həyatı haqqında VII “c” sinif şagirdi Zamanova   Gülşən məlumat verdi. Ümummilli  Lider Heydər Əliyev, Qabil, Abdulla Şaiq və Rəşid Behbudovu  da ziyarət etdilər. Kiçik Akademiyanın üzvləri  Qənimətlər parkında da oldular. Orda olan 44 günlük müharibədə ordumuzun əldə etdiyi qənimətlərlə tanış oldular. Parkda ziyarətə gəlmiş Xüsusi Təyinatlı Qüvvələr qazisi Xəzər Rəşad oğlu  Əliyevlə şagirdlər tanış oldular. Xəzər Yaralandığı Şuşa döyüşləri haqqında “ Kiçik Akademiyanın” Üzvlərini məlumatlandırdı. Direktor  Sərvinaz  Hüseynova, Xanıgül  Qurbanova, Şəfa  Seyidova  Xəzər kimi övladlarla fəxr etdiyini, gələcək nəslə nümunə olduğunu söylədilər. Xanıgül muəllimə şəhidimiz  Cavanşiri də yad etdi. Ekskursiya Nizami muzeyi ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi