HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonu Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəb 1973-cü ildən fəaliyyət göstərir. Məktəb 1176 yerlik şagird üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəbimizdə 960 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsilə 66 nəfər müəllim məşğul olur. Məktəb beşgünlük iş rejimi ilə birnövbəli işləyir. 2011-ci ildə məktəb əsaslı təmir edildi. Məktəbin həyətində müasir standartlara uyğun futbol, voleybol meydançası qurulmuş və süni otla döşənmişdir. Məktəbdə şagird partası, müəllim stol-stulu, şkaf, kompüter və s. müasir avadanlıqlar, əyani vəsaitlər, elektron lövhələr və “Mimio” ağıllı lövhələr quraşdırılmışdır. Milli kurikulumla əlaqədar məktəb müəllimlərinin hamısı treninqlərdən keçmişdir. 2010-cu ildə 2 müəllim yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar Bakı şəhərində təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək “Təlimçi” statusu almışdır. Məktəbimizin qabaqcıl müəllimləri Orucova Təranə Ağabala qızı, Rüstəmova Sevda Ərəstun qızı BŞTİ tərəfindən Fəxri fərmanla, Rüstəmov Samil, Rüstəmova Sevda, Hüseynova Sərvinaz, Rəhimova Günay, Qaradağ Rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla, Hüseynova Sərvinaz, Rəhimova Günay Azad Həmkarlar ittifaqı Qaradağ Rayon komitəsi tərəfindən pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandıqları uğurlara görə Fəxri fərmanla təltif ediliblər. 2012-2013-cü tədris ilində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 110 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” adını almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi