“ Ətraf mühit və sağlamlıq”

Məktəbimizdə Ekalogiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi əməkdaşları şagirdlərimizlə “Ətraf mühit və sağlamlıq” mövzusunda təlim keçirdi. Təlimdə uşaqlar ətraf mühitin çirklənməsi, ekologiyası, işlənmiş batareyaların ətraf mühitə vurduğu ziyanlar haqqında məlumatlandırıldı. Batareyaların tərkibində qurğuşun, kadmium, litium, civə, sink və ətraf mühit üçün digər zərərli maddələr vardır.

İşlənmiş batareyaları digər tulantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib. Layihə çərçivəsində bugünədək 2135 kq işlənmiş batareya təhvil alınıb. Təlimdə qeyd edilib ki, işlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək deməkdir. Buna görə işlənmiş batareyaların toplanması məntəqələrinin artırılması olduqca aktualdır.

İşlənmiş batareyalar üçün qutu təqdim olundu və şagirdlər işlənmiş batareyaları o qutuya yığdılar. Həmin qutunu məktəbə təqdim etdilər, qutu dolandan sonra batareyaların düzgün ultirasiyası üçün təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi