“Yeniyetmə oğlanlarda reproduktiv sağlamlıq”

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Bakı şəhəri üzrə orta təhsil müəssələrində “Yeniyetmə oğlanlarda repreduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirlər IX- XI sinifdə təhsil alan oğlan şagirdləri reproduktiv sağlamlıq barədə məlumatlandırmaq məqsədilə təşkil olunub. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim – metodisti Teymur Ağazadə şagirdlərə cinsi tərbiyə, şəxsi gigiyena, reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verib.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İçtimai Səhiyyə və İslahatlar Mərkəzi  tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi