Son zəng

    14 iyunda bütün ümumtəhsil müəssisələrində olduğu kimi 110 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi daha sonra isə vətənin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.  XI-ləri təbrik etmək üçün söz məktəbin direktoru Sərvinaz Hüseynovaya verildi. O, məzunları Son zəng münasibətilə təbrik etdi, addımlayacaqları həyatda uğurlar arzuladı və builki buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərə Fəxri Fərmanlar təqdim etdi.

Tədbir ibtidai sinif şagirdlərinin  müxtəlif milli rəqsləri və musiqi nömrələri ilə davam etdi. Daha sonra elmin açarını XI sinif şagirdləri X sinif şagirdlərinə təqdim etdi. Məzunlarımız biri-birindən maraqlı, rəngarəng, vətənpərvər və milli ruhda çıxışları ilə tədbiri daha da gözəlləşdirdi. “Son zəng”in sədaları ilə tədbirimiz yekunlaşaraq məzunlarımıza əlvida söylənildi.  Məzunlarımızı təbrik edir, səslərinin daim yüksəklərdən gəlməsini, dünyanın hansı nöqtəsində olmaqlarından asılı olmayaraq ölkəmizi, xalqımızı, eləcədə məktəbimizi layiqincə təmsil etmələrini arzu edirik. Yolunuz açıq olsun, əziz XI- lər!       

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi