"Bayramınız mübarək əziz müəllimlər!"

5 oktyabr “Beynəlxalq müəllimlər günü”dür. Heç kimə sirr deyil ki, bəşəriyyətin ən böyük müəllimi İslam Peyğəmbəri Həzrət Mühəmməddir (s). Alimin də, professorun da, həkimin də əlindən tutub ilk kəlməni yazdıran şəxs - müəllimlərdir. Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzssizdir. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllimlik müqəddəs bir peşədir.Lakin müəllim unutmamalıdır kı, yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Müəllimlik çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur. Bu müqəddəs peşə sahiblərinin bayramı münasibəti ilə şagirdlər hazırladıqları tədbirlərlə müəllimlərini təbrik etdilər.Onlara xoş sözlərlə şeirlər, mahnılar ifa etdilər. Bu müqəddəs və məsuliyyətli peşə sahiblərini -müəllimlərimizi bayram münasibəti ilə təbrik edir, onlara işlərində boı boı müvəffəqiyyətlər arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi