Məktəb "Oxuyaq və oxudaq" layihəsində iştirak etdi
Sabunçu rayonu İcra Hakimiyytinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Dilarə Cəbrayılovanın birgə təşkilatçılığı ilə "5 oktyabr Müəllim günü " ilə əlaqədar "Oxuyaq və oxudaq" layihəsinə start verilib. Layihə çərçivəsində səyyar kitabxana təşkil olunub.İlk olaraq layihə Maştağa, Nardaran və Bilgəh qəsəbələrində baş tutdu. Məktəb qarşısında təşkil olunan səyyar kitabxanada şagirdlər təmənnasız olaraq kitablarla təmin edildi.