“Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm müsabiqə-sərgisi keçirilib

          18-19 noyabr 2021-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm-müsabiqə sərgisinin açılışı keçirildi. Sərgidə istedadlı gənclərin Vətən müharibəsini əks etdirən 80-ə yaxın rəsm əsəri nümayiş olunub.

Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunu möhkəmləndirmək, onların istedadını üzə çıxartmaq və ictimaiyyətə təqdim etməkdir. Sərgidə 44 günlük Vətən müharibəsini əks etdirən 8-17 yaşlı istedadlı iştirakçıların 80-ə yaxın rəsm əsəri nümayiş olunub.

Tədbiri Muzeyin Baş Direktoru, akademik Nailə Vəlixanlı açaraq Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs etmişdir. 

Eyni zamanda sərginin açılış tədbirində incəsənət nümayəndələri, rəssamlar, tarixçi alimlər və muzey əməkdaşları da iştirak ediblər. 

Müsabiqədə məktəbimizin istedadlı şagirdləri Babazadə Bilal (VII c) və Həsənli Yeganə (lX a) uğurlu iştiraklarına görə sertifikatla təltif edilmişlər.

Münsiflər heyətinin nümayəndələri gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib, Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayıblar. 

Sərgi dekabr ayının sonuna qədər davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi