“QEYRİ-STANDART TERAPİYA” layihəsinin növbəti təlimi keçirildi.


           Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olan “QEYRİ-STANDART TERAPİYA” layihəsi çərçivəsində 2-ci art terapiya keçirildi.
Art terapiyanın 2-ci günündə oyun terapiyasından istifadə olunaraq şagirdlər qruplara bölündü. Psixoloq İlahə Dadaşova qrup daxilində ünsiyyət bacarığı, qarşılıqlı kömək xüsusiyyətlərini inkişaf etdirən müxtəlif oyunlar keçirdi. Hər qrupun lideri və passiv üzvü aşkara çıxarıldı. Eyni zamanda aqressiyanın korreksiyasına yönəlik tapşırıqlar işlənildi. Qrup daxili və qruplararası bacarıqlar inkişaf etdirildi. Oyun terapiyası zamanı təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edildi. Sadədən mürəkkəbə doğru əməliyyatların yerinə yetirilməsi aşılandı.Eyni zamanda təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edildi. Sonda isə şəxslərarası konfliktləri necə düzgün həll edə bilərik haqqında tapşırıqlar aparıldı. 
#GrantsEduAz

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi