Şahmat turniri

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "Bakı Gənclər evi" sosial xidmət müəssisəsi və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 107 nömrəli məktəb üzrə 4a sinif şagirdi İsmayılov Hüseyn və 4c sinif şagirdi Sidra Batouch Matasem iştirak edərək sertifikat qazanıblar. Məktəbin direktoru Kəmalə Məmmədova və fiziki tərbiyə müəllimi Anar Səlimov balaca şahmatçıları təbrik edərək onlara daha böyük uğurlar arzu ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi