Təşkilat saatları Ümummilli Lider Heydər Əliyevə həsr olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar olaraq məktəbin müxtəlif siniflərində təşkilat saatları bu mövzuya həsr olunub. Sinif rəhbərləri təşkilat saatlarında şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən söz açaraq şagirdlərin diqqətinə çatdırıblar ki, dahi şəxsiyyətin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi olmamışdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub. Onun siyasi missiyası dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şagirdlər öz növbələrində müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə həsr etdikləri divar qəzetlərini, plakatları, video-çarxları nümayiş etdirərək Ulu Öndərə ehtiramlarını bildiriblər.