Anım Günü

   Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, hər il sentyabrın 27-də Anım Günü qeyd edilir. Bununla əlaqədar olaraq 27.09.2024-cü il tarixdə məktəbdə Anım Gününə həsr olunmuş tədbir keçirilib. Açılış sözündən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Məktəbin tarix müəllimləri Günel Kərəmova və Qurban İbişli, Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhan Məmmədova II Qarabağ müharibəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Daha sonra şagirdlər vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Tədbirdə şagirdlərin mövzu üzrə hazırladıqları divar qəzetləri, video-çarxlar nümayiş etdirilib.Tədbirin sonunda məktəbin direktoru Kəmalə Məmmədova 27 Sentyabr Anım Gününün tarixi əhəmiyyətindən söz açaraq bildirib ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin adları və şücaətləri yaddaşlarda əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi