20 Sentyabr-Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür

    20 Sentyabr-Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibəti ilə məktəbin 10 A sinfində bu mövzuya həsr olunmuş xüsusi dərs keçirilib. Xüsusi dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra məktəbin hərbi rəhbəri Yusif Əliyev, tarix müəllimi Günel Kərəmova tərəfindən şagirdlərə bu mövzuda məlumat verilib,ardınca müzakirələr aparılıb. Tədbirdə antiterror əməliyyatları zamanı çəkilmiş real döyüş səhnələri videosu şagirdlərə nümayiş etdirilib. Qeyd olunub ki, Müzəffər Ali Baş komandanımızın, Ordumuzun, Xalqımızın birliyi sayəsində dövlətimiz uğur qazandı. Antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası bütün Qarabağı tam nəzarəti altına alaraq bölgədə öz Konstitusiya quruluşunu bərpa etdi. Bizə bu qələbəni qazandıran igidlərimizi unutmadıq və unutmayacağıq. Tədbir şəhidlərimizin əziz xatirəsinin  1 dəqiqəlik sükutla yad olunması ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi