Yaşıl dünya naminə

     "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Tədbirlər Planına əsasən, UBTR Aytən Əzimovanın təşəbbüsü və məktəbin 10b sinif şagirdlərinin iştirakı ilə "Yaşıl dünya naminə" adlı aksiya keçirilib. Aksiya ilə əlaqədar məktəbin dəhlizində ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması, təkrar emal sənayesinə dəstək məqsədi ilə  kağız, plastik və qarışıq tullantı üçün  çeşidli tullantı qutuları yerləşdirib. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, plastik, şüşə və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal üçün zəmin yaranır, enerjiyə qənaət olunur və ən önəmlisi - tullantıların ətraf mühitə mənfi təsiri azalır. Aksiyanın keçirlməsində məqsəd şagirdlərə ekoloji mədəniyyətin aşılamaqdan, gənclərdə təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaqdan ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi