Məktəbə adaptasiyanın öyrənilməsi

Məktəbdə təhsil alan I sinif şagirdlərinin məktəbə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təhsilalanlarla Kern-Yerasek metodikası keçirilmişdir. Metodika məktəbin psixoloqu Gülarə İsmayılova tərəfindən keçirilib. Şagirdlərin məktəbə adaptasiyasının yoxlanılmasında Ib sinfi üzrə 28 şagird iştirak etdi. Nəticələr haqqında protokollar yazıldı.