Birincilər kitabxana ilə tanış olublar

Noyabrın 27-də birinci sinif şagirdləri məktəbin kitabxanası ilə tanış olublar. Onlara kitabxanada saxlanılan kitablar haqqında maraqlı məlumatlar verilib.

Kitabxana ilə tanışlıqda əsas məqsəq şagirdlərdə bədii zövq, mütaliə vərdişləri formalaşdırmaq, kitab oxumağa həvəs oyatmaq, milli-mənəvi dəyərlərimizə sevgi aşılamaqdır.

Birincilər kitabxanada sevdikləri nağılları, təmsilləri mütaliə ediblər, şeirlər öyrəniblər. Onlar kitabxanaya üzv yazılıblar.

Kitabxana ilə tanışlıqdan məmnun olan şagirdlər təəssüratlarını valideynləri ilə bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi