Kiçik Akademiya

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” barədə ümumi məlumatBakı şəhəri Mirzə Xosrov Axundzadə adına 102 nömrəli tam orta məktəbdə yaradılan “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında əsas məqsəd III-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, elmi tədqiqatlar aparmaq bacarığı formalaşdırmaq, məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilində “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində şagirdlərin meyil və maraqları nəzərə alınmaqla müvafiq bölmələr üzrə elmi araşdırmalara meyilli şagirdlər akademiyaya üzv qəbul ediliblər. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. Fəaliyyət planına əsasən, hər kafedranın təqdimatları keçirilib. 2016-cı ilin yanvar ayında "Su həyatdır", fevral ayında "Azərbaycanın tarixi abidələri", 2017-ci ilin aprel ayında "Bakı nefti və mədəniyyət", "Alman mühacirlərinin XIX - XX əsrin əvvəllərində Azərbaycanda yaşayışı", "Qız qalasının sirləri", 2017-ci ilin noyabr ayında "Azərbaycan əlifbasının tarixi", 2018-ci ildə "Tarixdə izi olan Azərbaycanlı qadınlar" mövzusunda şagird araşdırmalarının təqdimatı olub. Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında Əsasnaməyə uyğun olaraq "Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" BŞTİ-nin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilib. "KA"-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər davam edir.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb 1964-cü ildə tikilib...

BİZİM FƏXRLƏRİMİZ

Viktoriya Xlınova Yuriy

Mehti Namazov Kamil

HAQQIMIZDA

Bakı şəhəri M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb 1964-cü ildə tikilib...

BİZİM FƏXRLƏRİMİZ

Viktoriya Xlınova Yuriy

Mehti Namazov Kamil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi