Son zəng tədbiri keçirilib

2025-ci il iyunun 14-də məktəbimizdə ənənəvi “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca məktəbin direktoru çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. O, həmçinin müəllimlərin və valideynlərin əməyi barədə yüksək fikirlər səsləndirdi.
Məzunlar məktəb illəri ilə bağlı duyğusal çıxışlar etdilər, müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdilər. Aşağı sinif şagirdləri isə öz növbəsində məzunlara şeirlər, mahnılar və rəqslərlə vida etdilər.
Tədbir zamanı bir neçə istedadlı şagirdin ifasında musiqi nömrələri təqdim olundu, məktəbin həyətində rəngarəng şarlar buraxıldı və ənənəvi “son zəng” çalındı.
Bu yaddaqalan gün, məktəbin həyətində çəkilən xatirə şəkilləri ilə yaddaşlarda silinməz iz buraxdı. 102 saylı məktəbin məzunları böyük ümid və arzularla məktəblə vidalaşaraq yeni həyat mərhələsinə qədəm qoydular.