Məzunlara attestatlar verilir

Məktəbimizin məzunlarına attestatlar təqdim olundu!
Bu gün məktəbimizdə xüsusi və sevincli bir gün yaşandı. 11-ci sinif şagirdlərimizə ümumi orta təhsil haqqında attestatları təqdim edildi. Bu sənəd onların illərlə göstərdikləri zəhmətin, biliyin və əzminin rəsmi təsdiqidir.
Məzunlarımızı bu mühüm mərhələ münasibətilə təbrik edir, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayırıq!
Qoy hər bir məzunumuz uğurla addımlasın, arzularına çatsın!