Əsgər məktubları

Noyabr ayında məktəbimizin IV sinif şagirdləri sinif müəllimləri Xədicə Cavadovanın köməyi ilə vətənə şərəflə xidmət edən əsgərlərimizə məktub yazıblar.

Məktubların yazılmasında məqsəd şagirdlərdə hərbi vətənpərvərlik hisləri formalaşdırmaq, onlara vətəni sevmək, onu qorumaq, hər bir qarış torpaq uğrunda mübarizəyə hazır olmaq duyğuları aşılamaq, həmçinin şagirdlərdə yazı vərdişlərini inkişaf etdirməkdir.

Əsgərlərə yazılan məktublar hərbi hissələrə göndərilib və əsgərlərdən cavab məktubu alınıb. Şagirdlər aldıqları məktubları sevinə-sevinə oxuyublar.

Əsgərlər məktublarında əsgər həyatından, vətənə olan sevgilərindən həvəslə söhbət açıblar və şagirdlərə tövsiyələr veriblər. Əsgər məktublarını oxuyan şagirdlər yaddaşlarına yazılan anlar yaşayıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi