Riyaziyyat fənnindən monitorinq aparılıb

Məktəbin Fəaliyyət planının 1.1.1.9-cu bəndinə əsasən 15 oktyabr 2019-cu il tarixli 122 nömrəli əmrlə məktəb üzrə “Fənn aylıqları”nın keçirilməsinə start verilib.

Noyabr-dekabr ayları “Riyaziyyat fənn aylığı” elan edilib. Aylıq ərzində keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Fənn aylıqlarının keçirilməsində məqsəd tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqi vəziyyətinin müəyyənləşdirilməsi, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin təhlili, müəllimlərin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatların toplanılmasıdır.

“Riyaziyyat fənn aylığı“ çərçivəsində tərtib olunmuş tədbirlər planına uyğun olaraq V-VII siniflərdə monitorinq aparılıb. Şagirdlərin riyaziyyat fənni üzrə qazandıqları bilik və bacarıqları yoxlanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi