Pedaqoji şuranın növbəti iclası keçirilib

Noyabrın 20-də məktəbimizdə Pedaqoji Şuranın növbəti iclası keçirilib.

İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nda müzakirə olunan prioritet hədəflərin və fəaliyyətlərin icrası istiqamətində qarşıda duran vəzifələr pedaqoji kollektivin nəzərinə çatdırılıb.

Təlimin keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və  formaları, fənn olimpiadalarının təşkili və keçirilməsi, valideyn-şagird-məktəb əlaqələrinin möhkəmləndirilməsi,  tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması, ictimaiyyətlə əlaqələrin təmin olunması, məktəb saytının daha da təkmilləşdirilməsi mövzularında məsələlər müzakirə olunub.

Pedaqoji şura İclasında, həmçinin V, IX siniflərdə keçirilən diaqnostik qiymətləndirmənin nəticələri, şagirdlərin dərsə davamiyyətinin tənzimlənməsi, psixoloji hissi-emosional vəziyyətinə görə risk qrupuna daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi, onların hər biri üçün fərdi pedaqoji-psixoloji bərpa planının hazırlanıb valideynlərin iştirakı ilə həyata keçirilməsi, “Müəllimlərin etik davranış qaydaları” na riayətedilmə vəziyyəti barədə məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi