Valideyn iclasları keçirilib

Noyabrın 18- məktəbimizdə valideyn iclasları keçirilib.

İclaslarda məktəb rəhbərliyi, sinif rəhbərləri, müəllimlər iştirak ediblər. İclasların keçirilməsində məqsəd ailə-məktəb arasında əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin davamiyyəti, məktəbdəki fəaliyyətləri, davranışları barədə valideynlərə məlumatların vaxtında verilməsidir. 

İclaslarda şagirdlərin dərsə davamiyyətləri, təlim fəaliyyətləri, məktəbdaxili nizam-intizama riayətetmə vəziyyəti, eləcə də ümumi orta və tam orta təhsil kursları üzrə buraxılış imtahanlarına ciddi hazırlığın təmin edilməsi, uşaqlar üzərində valideyn nəzarətinin və məsuliyyətinin artırılması və bu istiqamətlərdə valideynlərə kömək göstərilməsi barədə söhbətlər aparılıb.

Şagirdlərin təlim naliyyətləri, davranışları, məktəbli formasının vəziyyəti, məktəbli kitabçasına nəzarət barədə də valideynlərə məlumat verilib və müzakirələr aparılıb.

İclaslarda valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi