Milli Dirçəliş Günü qeyd olunub

Noyabrın 15-də məktəbimizdə 17 Noyabr Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin milli-azadlıq hərəkatı, xalqımızın dövlətçilik tarixi barədə biliklərini möhkəmləndirmək, vətənpərvərlik duyğularını yüksəltmək, onlarda vətənə sevgi, məhəbbət, sədaqət və milli qürur hisləri formalaşdırmaqdır.

Tədbirdə məktəb rəhbərliyi, müəllim, valideyn və şagird kollektivi iştirak ediblər. Şagirdlərə 17 Noyabr Milli Azadlıq Hərəkatının tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, xalqın istiqlal mübarizəsində əsas mərhələlərdən biri olan 17 Noyabr günü tariximizə Milli Dirçəliş Günü kimi daxil olub, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan dövləti azadlığına, müstəqilliyinə qovuşub. Ümummilli liderin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müstəqil Azərbaycanımız dünya məkanında öz layiqli yerini tutaraq inkişaf edir.  

Tədbir zamanı şagirdlər vətən haqqında şeirlər söyləyiblər, mahnılar ifa ediblər, idman hərəkətləri, səhnəciklər göstəriblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi