"Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" istiqamətində təlim keçirilib

Noyabrın 14-də məktəbimizdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənclərin peşəyönümü tərbiyəsinin təşkili” istiqamətində təlim keçirilib.

Təlimdə məktəbin VII-IX sinif şagirdləri və müəllimlər iştirak ediblər. Təlim Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən aparılıb.

Təlimdə "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" və "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir", işsizliyin aradan qaldırılması mövzularında söhbət aparılıb, şagirdlərə düzgün peşə seçmək, peşəyə bağlı olmaq, seçdiyi peşəni sevmək barədə məsləhətlər və tövsiyələr verilib.

Şagirdlər mövzuya dair video-çarx izləyiblər. Təlim zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi