Konstitusiya Günü qeyd olunub

Noyabrın 12-də məktəbimizdə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 24 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ali qanunvericilik aktı olan Konstitusiyamız haqqında şagirdlərin biliklərini möhkəmləndirmək, məlumatlılıq səviyyəsini artırmaq, qanunlarımıza hörmət hissi aşılamaqdır.

“Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda keçirilən tədbirdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının tarixi haqqında ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı şagirdlərin diqqətinə çatdırılıb.

Tədbir zamanı ədəbi-bədii kompozisiya nümayiş olunub, şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi