Bayrağımız qürurumuzdur

Noyabrın 8-də məktəbimizdə 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq qürurumuzdur!” adlı tədbir keçirilib.

Şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirmək məqsədilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə Azərbaycan bayrağının  yaranma tarixi haqqında geniş və ətraflı məlumat verilib. Bildirilib ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində göstərilən diqqət və ehtiramın ən gözəl nümunəsidir.

Tədbirdə çıxış edən şagirdlərimiz bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər, mahnılar və rəqslər ifa ediblər. Arzu ediblər ki, üçrəngli bayrağımız tezliklə doğma Qarabağımızda dalğalansın. İşğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən azad edilsin. Vətənimizin hər bir guşəsində sülh, əmin-amanlıq olsun.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi