Valideyn iclası keçirilib

Noyabrın 5-də məktəbimizdə valideynlərin iclası keçirilib.

İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri iştirak edib. İclasın keçirilməsində məqsəd ailə-məktəb arasında əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin məktəbdəki fəaliyyətləri, davranışları barədə valideynlərə məlumatların vaxtında verilməsidir. 

İclasda şagirdlərin ixtisas seçiminə düzgün istiqamətləndirilməsi, eləcə də ümumi orta və tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına ciddi hazırlığın təmin edilməsi, uşaqlar üzərində valideyn nəzarətinin və məsuliyyətinin artırılması və bu istiqamətlərdə valideynlərə kömək göstərilməsi barədə söhbətlər aparılıb.

Şagirdlərin təlim naliyyətləri, davranışları, məktəbdaxili nizam- intizam qaydalarına riayətetmə vəziyyəti barədə valideynlərə məlumat verilib və müzakirələr aparılıb.

Valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi