Süfrə mədəniyyəti

Oktyabrın 31-də IV“b” sinfində texnologiya fənnindən təqvim planına uyğun olaraq “Məişət mədəniyyəti” bölməsi üzrə “Yemək süfrələri və onların tərtibatı” mövzusunda açıq dərs keçirilib.

Dərsdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.

Şagirdlərə insanların düzgün qidalanması, yeməklərin hazırlanması, süfrənin tərtibatı, masa arxasında davranış qaydaları haqqında geniş məlumat verilib.

Şagirdlər dərs prosesində öyrəndikləri qaydaları tətbiq edərək süfrələr hazırlayıblar.

Hazırlanmış süfrələrə baxış keçirilib, şagirdlərin əl işləri qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi