Nəsimi dühası-650 il

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihəsi çərçivəsində təsdiq edilmiş qrafikə uyğun olaraq oktyabrın 30-da 3, 102 nömrəli tam orta məktəblərin birgə hazırladıqları Böyük mütəfəkkir şair İmadəddin Nəsimi” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, aparatın məsul əməkdaşları, məktəb direktorları, müəllim, şagird və valideyn heyəti iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olan zəngin irsinin şagirdlərə daha dərindən öyrədilməsi, məktəblərarası əməkdaşlığın gücləndirilməsidir.

Tədbirdə məktəbimizin şagirdlərinin ifasında B.Vahabzadənin böyük şairə həsr edilmiş “Fəryad” poemasından səhnəciklər göstərilib, bədii kompozisiya təqdim olunub, mahnılar oxunub.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, İmadəddin Nəsiminin yaradıcılığı dünya poeziyasına mühüm töhfədir. Böyük filosof şair Azərbaycan ədəbiyyatı tarixində bədii- fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Bu baxımdan ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalanıb. “Nəsimi İli” çərçivəsində ölkəmizin hər bir yerində, o cümlədən Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir və Nəsiminin əziz xatirəsi ehtiramla yad edilir.

Ramiz Göyüşov çıxışının sonunda uğurlu ifaları münasibətilə məktəbliləri təbrik edərək onlara nailiyyətlər arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi