Mənim hüquqlarım

29.10.2019-cu il tarixdə məktəbimizdə “Mənim hüquqlarım” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəq şagirdlərin 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında Konvensiyası”nda, 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən  imzalanmış Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında Qanun”unda təsbit olunmuş uşaq hüquqları ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, biliklərini möhkəmləndirmək, onları insan hüquqlarına hörmət ruhunda tərbiyə etməkdir.

Tədbirdə Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Şagirdlərə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilib, video-çarx nümayiş etdirilib.

Şagirdlər “Uşaq hüquqları konvensiyası” barədə bildiklərini danışaraq uşaqlara verilən hüquqlardan bəhs ediblər. Qeyd ediblər ki, uşaqların yaşamaq və bunun üçün lazımi tələbatlarla təmin edilmək, yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqları vardır. İnkişaf hüquqları – uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmək və iştirak etmək üçün şərait yaradır.

Müdafiə hüquqları – uşaqları müxtəlif növ zorakılıq və istismardan qoruyur. Bu hüquqlar qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və istismar kimi məsələləri əhatə edir.

İştirak hüquqları – uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etmək, azad fikir söyləmək, öz sözlərini demək, məlumat əldə etmək, birləşmək imkan yaradır. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edir.

Tədbir zamanı uşaqların əl işləri, rəsmləri sərgilənib, yazdıqları esseləri oxunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi