Tarix müəllimi abituriyentlər üçün hazırlıq vəsaitlərinin müəllifidir

Məktəbimizin tarix müəllimi Ruslan Rzayev bir çox vəsaitlərin, o cümlədən Azərbaycan və ümumi tarix fənlərindən “Abituriyentlər üçün kurikulum dərslikləri” əsasında tərtib edilmiş hazırlıq vəsaitlərinin müəllifidir.

O 2015-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə imtahanlardan 100% nəticə qazanaraq məktəbimizdə fəaliyyətə başlayıb.

Ruslan Rzayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (bakalavr) və Sumqayıt Dövlət Universitetinin (magistr) məzunudur.

2017-2018-ci illərdə Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə ekspert kimi fəaliyyət göstərib.

2018-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi yeni tipli test tapşırıqlarının hazırlanması və yoxlanılması üzrə marker müəllim hazırlığı kurslarının iştirakçısı olub.

Bir neçə test bankı, hazırlıq və tədris vəsaitlərinin müəllifi və həmmüəllifidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi