Milli-mənəvi dəyərlərimizi qoruyaq

Oktyabrın 23-də məktəbimizin X q sinif şagirdləri dərsdən sonra sinif rəhbəri Fatimə Əzizovanın rəhbərliyi ilə Bakı Kitab Mərkəzində, Miniatür Kitab Muzeyində olublar.

Əsas məqsədi mütaliəyə marağın artırılması, zəngin milli-mənəvi irsimizin mənimsədilməsi və asudə vaxtın səmərəli təşkili olan ekskursiya zamanı şagirdlər Bakı Kitab Mərkəzində, Miniatür Kitab Muzeyində  kitablar haqqında maraqlı məlumatlar əldə ediblər.

Onlar təkcə dünya ədəbiyyatı ilə deyil, həm də incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlarla da tanış olublar.

Mərkəzdə şagirdlərin diqqətini cəlb edən məqamlardan biri də monitorlar olub. Burada məktəblilər sensor ekranlarda yeni təqdim olunan kitablarla yanaşı, ən çox satılan kitablar haqqında məlumatlar toplayıblar, istədikləri kitabları axtarışa veriblər və endirim kampaniyaları barədə məlumat öyrəniblər.

Sonra şagirdlər mərkəzdə göz oxşayan məkanlardan biri olan uşaqlar guşəsində sevdikləri kitabları rahatlıqla mütaliə ediblər.

Məktəblilər Bakı Kitab Mərkəzində, Miniatür Kitab Muzeyində keçirdikləri xoş anlardan məmnun olaraq böyük ruh yüksəkliyi ilə İçərişəhərdə gəzərək aldıqları təəssüratları bölüşüblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi