Dərsdinləmələr təşkil olunur

Məktəbin Fəaliyyət planının 1.2.3-cü bəndinə əsasən fənlər üzrə qarşılıqlı dərsdinləmələr təşkil olunur.
Dərsdinləmələrin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin öyrənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbdə sağlam və yaradıcı mühitin yaradılmasıdır.
22.10.2019-cu il tarixdə III d sinfində riyaziyyat dərsi dinlənilib. Məktəb rəhbərliyi, metodbirləşmə sədrləri və fənn müəllimləri dərsdinləmədə iştirak ediblər.
Dərs interaktiv təlim metodlarının reallaşdırılması istiqamətində qurulub. Dərs zamanı şagirdlərin yüksək fəallığı, əməkdaşlığı, müstəqilliyi, müəllim-şagird vəhdəti müşahidə olunub. Dinlənilən dərsin təhlili aparılıb, müəllimə metodiki tövsiyələr verilib.