Şagirdlər tibbi müayinədən keçirilib

17-21.10.2019-cu il tarixlərində məktəbimizdə şagirdlərin tibbi müayinədən və icbari dispanzerizasiyadan keçirilməsi təmin olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmrinin icrası məqsədilə IV, VII-XI sinif şagirdləri tibbi müayinədən keçirilib.

20 nömrəli Uşaq Poliklinikasının DAR ixtisaslı həkim heyəti tərəfindən aparılan müayinələr nəticəsində şagirdlərin sağlam olduqları təsdiq edilib.

Bir neçə uşağa miopiya, burun çəpərinin əyriliyi, xroniki tonzillit, piylənmə və boydan geriqalma diaqnozu qoyulub. Müalicənin aparılması üçün məktəb həkiminə müvafiq tapşırıqlar verilib.

Profilaktik müayinə şagirdlərin yaş qruplarına uyğun olaraq aparılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi