IX siniflərdə sınaq qiymətləndirmə aparılıb

19.10.2019-cu il tarixdə məktəbimizin Azərbaycan və rus bölmələri üzrə IX siniflərində BŞTİ tərəfindən diaqnostik qiymətləndirmə aparılıb.

Diaqnostik qiymətləndirmənin aparılmasında məqsəd Azərbaycan dili (rus dili), riyaziyyat, ingilis dili fənləri üzrə şagirdlərin biliyinin öyrənilməsi, təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, təlim nəticələrinin keyfiyyətinin artırılması, məktəb özünüqiymətləndirmənin formalaşdırılmasıdır.

Sınaq imtahanının keçirilməsi üçün ümumi 210 dəqiqə vaxt ayrılıb. Saat 10-da imtahan başlayıb, hazırlıq işləri başa çatdıqdan sonra 10.30-da sual kitabçaları paylanılıb.

Şagirdlərə verilən 180 dəqiqə vaxt ərzində hər fənn üzrə 30 sual olmaqla 90 sual cavablandırılıb.

İmtahanın şəffaf keçirilməsi təmin olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi